Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Krasnodar diyarının Kanevski rayonunun Novominskaya kəndində pilotsuz təyyarənin qalıqlarının şirkətin ərazisinə düşməsindən sonra neft-qaz şirkətinin ərazisində baş vermiş yanğın söndürülüb.
Tezadlar.az xəbər verir ki, bu barədə regional fövqəladə hallar mərkəzi məlumat yayıb.
Hadisə ilə bağlı xəbərlər sentyabrın 17-dən 18-nə keçən gecə bələdiyyənin fövqəladə hallar dispetçer xidmətinə daxil olub.
“Dronun qalıqları şirkətin ərazisinə düşdükdən sonra avadanlıqlar 20 kvadratmetr sahədə alışıb”, – Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
E.ŞİRİNOV