18 Sentyabr 2025 / 16:19

Azərbaycana idxal edilən “importnı” qarğıdalılar bahalaşıb -25%…

Bu ilin ilk 8 ayında Azərbaycana 14,1 milyon dollar həcmində 36 min 974 ton qarğıdalı idxal edilib.

Dövlət Gömrük Komitəsinə  xəbər verir ki, qarğıdalı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5,5 milyon dollar və ya 28,2%, miqdar ifadəsilə isə 26 min 806 ton, başqa sözlə 42% azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 19,6 milyon dollar dəyərində 63 min 780 ton qarğıdalı idxal olunmuşdu.

Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi qarğıdalının 1 kiloqramının orta idxal qiyməti 65 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 52 qəpik idi. Bu da illik müqayisə ilə 13 qəpik və ya 25% bahalaşma deməkdir.

Bu il 8 ayında ümumi idxalın 0,09%-u qarğıdalının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,15% olub.

Tezadlar.az 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!