18 Sentyabr 2025 / 16:57

“Azərxalça”nın satınalması ləğv ediləsi oldu – SƏBƏB?

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti elan etdiyi satınalma ilə ləğv olunub.

Belə ki, satınalma kuryer poçt xidmətlərinin satın alınması ilə bağlı kotirovka sorğusu olub. Lakin prosedur ləğv edilib. Kotirovka sorğusunun ehtimal oluna qiyməti 21 min 80 manat təşkil edib.

Ləğv edilmə səbəbi olaraq qeyd olunur ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.

Bu da “Dövlət Satınalmaları Haqqında” qanunun 36.1.1-ci maddəsi ilə tənzimlənir.

Həmin maddəyə görə bu Qanunun 45.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda satınalma komissiyası  satınalmanın ləğv edilməsi haqqında qərar qəbul edir.

Tezadlar.az 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!