Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyəli iş adamı Rza Zərrabın həyatı barədə “Netflix”də sənədli film hazırlanır iddialarına cavab verilib.
Tezadlar.az xəbər verir ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyanı pozan və sonradan etirafçı olan Rza Zərrabın həyatının “Netflix”də sənədli filmə çevriləcəyi iddia edilib. Lakin “Netflix” nümayəndələri həm ölkə daxilində, həm də xaricdə belə bir planın olmadığını bildiriblər.
1983-cü il təvəllüdlü, İran əsilli və ikili vətəndaşlığa sahib olan Rza Zərrab, qısa müddətdə iş dünyasında adını tanıtmış bir şəxs kimi önə çıxır. Türkiyədə 1 yaşından etibarən yaşayan Zərrab təhsilini Azərbaycanın paytaxtı Bakıda başa vurub və gənc yaşda ticarətə başlayıb.
İran, Türkiyə və Dubayda iş fəaliyyətləri olan Zərrab həmçinin bəstəkar kimi də tanınır. İş dünyasındakı nailiyyətləri, mübahisəli siyasi dosyaları və maqazin həyatı ilə həm Türkiyədə, həm də beynəlxalq mətbuatda tez-tez gündəmə gələn Rza Zərrab həm iş adamı, həm də gündəm yaradan bir şəxsiyyət kimi tanınır.
Xatırladaq ki, Rza Zərrab bir vaxtlar Türkiyənin məşhur müğənnisi Ebru Gündüşlə evli olub.