18 Sentyabr 2025 / 20:43

Tramp Putindən Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə görə məyus olub

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı məyus olduğunu bildirib.

“Təzadlar” xəbər verir ki, bu haqda “Ria Novosti” məlumat yayıb.

Trampın sözlərinə görə, ABŞ artıq 7 müharibəni həll edə bilib, lakin o, Putinlə şəxsi münasibətinə görə Ukrayna münaqişəsinin həllinin “ən asan variant” olduğunu düşünüb.

“Putin məni ruhdan saldı. O, həqiqətən bunu etdi”, – Ağ Evin lideri etiraf edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!