Dünya
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün səhər saatlarında Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vurub. Tezadlar.az DİN-ə istinadla bildirir ki, hadisə rayonun Şovu kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq məktəbə gedən Gülay Əlizadə və onun qardaşı Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.