20 Sentyabr 2025 / 18:54

ABŞ Baltikyanı ölkələrə hərbi yardımı kəsməyi planlaşdırır

Avqustun sonunda Pentaqon rəsmiləri ABŞ-ın Avropadakı müttəfiqlərinə Amerikanın Latviya, Litva və Estoniyaya hərbi yardımını azaltmaq niyyəti barədə məlumat verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbələrin məlumatına görə, bu planlar barədə məlumatı ABŞ müdafiə nazirinin Avropa və NATO üzrə köməkçisinin müavini Devid Beyker təqdim edib. Beyker qeyd edib ki, ABŞ-ın Avropadakı müttəfiqləri müdafiə üçün Vaşinqtondan daha az asılı olmalıdır. Baker əlavə edib ki, Prezident Donald Trampın rəhbərliyi altında Vaşinqton administrasiyası ABŞ-ın təhlükəsizliyini təmin etmək daxil olmaqla, digər vəzifələrə üstünlük vermək niyyətindədir.

Nəşr həmçinin Ağ Ev sözçünün ABŞ-ın Latviya, Litva və Estoniyaya hərbi yardım göstərən proqramları ilə bağlı şərhlərinə istinad edir. O qeyd edib ki, “Avropalı müttəfiqlərimizin çoxu dünyanın ən varlı ölkələri sırasındadır”.

“Onlar seçsələr, bu proqramları maliyyələşdirməyə kifayət qədər qadirdirlər”, – sözçü deyib.

Məqalədə Vaşinqtonda yerləşən bir neçə avropalı diplomata istinad edilir və onlar ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı tez-tez ton dəyişməsindən yorulduğunu vurğulayırlar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!