Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İmişlidə zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib. Tezadlar.az TƏBİB-ə istinadla bildirir ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 60 nəfər (5-i uşaq olmaqla 26-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir. Xatırladaq ki, sentyabrın 23-də sünnət toyunda kütləvi zəhərlənmə baş verib.