25 Sentyabr 2025 / 18:34

“Qarabağ”-“Kopenhagen” oyununun biletləri artıq satışdadır, tələsin, azarkeşlər!

“Qarabağ” – “Kopenhagen” oyununun biletləri artıq satışdadır. Tezadlar.az xatırladır ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununun biletləri 25 sentyabr, saat 15:00-dan etibarən satışa çıxarılıb.
 Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiyməti:
5, 10, 30, 40, 50, 75 AZN
 VIP sektorlar: 150, 200, 250 AZN
 VVIP sektorlar: 500 AZN
Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə edilə bilər.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!