2 Oktyabr 2025 / 06:59

Əfqanıstanda internet bərpa edilib

Əfqanıstan rəsmiləri internet xidmətini tam kəsildikdən 48 saat sonra bərpa ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə TOLONews məlumat yayıb.

“Əfqanıstanda internet xidməti bərpa edilib. Ölkədəki bütün telekommunikasiya şəbəkələri fəaliyyətini bərpa edib”, – telekanal bildirib.

Bir çox sakinlər xidmətin bərpasından sevinclərini ifadə ediblər. Bəzi vətəndaşlar hökuməti gələcəkdə internet və telekommunikasiya xətlərinin kəsilməsinin qarşısını almağa çağırıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, 3 günlük internet və rabitə kəsilməsi səbəbindən müəssisələr ciddi problemlərlə üzləşib.

Əfqanıstanda daha əvvəl də tam internet kəsilməsi baş vermişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!