2 Oktyabr 2025 / 15:22

SSRİ-nin dağılmasını ilk xəbər verən jurnalist Bakıda böyüyüb…

O, vaxtilə Rusiyanın «Vesti» proqramının aparıcısı, hazırda isə «Rusiya mədəniyyəti» TV-nin rəhbəri  Vladislav Flyarkovskidir…

Keçək mətləbə: 1991-ci ildə Sovet televiziyasının yeni xəbər buraxılışı yayımlanır və aparıcı öz təqdimatı ilə hamını heyrətə gətirir: “Salam, bu «Vesti»dir. SSRİ artıq mövcud deyil”.

O, efirdən ölkənin siyasi liderlərinin bəzi respublikaların ayrılması ilə bağlı müqavilə imzaladığını da açıqlayır. Hamı şokdadır! Alma-Atada SSRİ-nin dağılmasını təsdiqləyən sənədin imzalanmasını əks etdirən görüntülərdə başqaları ilə yanaşı, Boris Yeltsin və dövləti parçalamaq qərarını imzalamaq üçün respublika nümayəndələri də görünür. Və təsəvvür edin ki, kommunizmin işıqlı sabahını səbrsizliklə gözləyən, hətta yuxularında belə görən ölkə vətəndaşları indi nə hissləri yaşayır…

***

«Təzadlar» Rusiya mediasına istinadla və arxiv materiallarını tədqiq edərək xatırladır ki, həmin jurnalist Başqırdıstanda doğulub. Sovet İttifaqının  dağıldığını bütün ölkəyə və dünyaya elan edən aparıcı-müxbir Başqırdıstanın lap kənarında yerləşən Oktyabrski şəhərində anadan olub. O, Vladislav Flyarkovskidir.

Tarixə diqqət edin: o, doğulandan bir gün əvvəl anası sürgündən sonra orada məskunlaşan və yerli neft şirkətində işləyən atasının yanına- Başqırdıstana gəlir. Gələcək jurnalist 1958-ci il martın 15-də Oktyabrski doğum evində anadan olur.

Vladislav Flyarkovski 2020-ci ildə “Başqırinform” xəbər agentliyinə müsahibəsində görün nə deyir: “…Mənim üçün ləyaqətsiz adamlardan biri də ana tərəfdən babam olan Leopold Xristianoviç idi, hansı ki, indi onun soyadını daşıyıram… Tiflis almanı, sonra Bakı almanı… İnqilabdan ta 1941-ci ilin yayınadək Bakı Politexnik institutunun məzunu kimi Bakıda mühəndis-inşaatçı kimi çalışıb… Onun qoca valideynləri Xristian və Sofiya isə çoxdan ölüb…».

***

Doğulduqdan az sonra anası Leopold Xristianoviçi doğma Bakıya aparır. Gələcək jurnalistin uşaqlığı Bakıda keçir… Daha sonra Moskvaya köçürlər və orada orta məktəbi bitirir, Memarlıq İnstitutuna sənəd verir, lakin qəbul olunmur, Vladislav Pieroviç donanmada xidmət etməyə gedir.

Nəhayət, 1979-cu ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur, daha sonra televiziyada əfsanəvi “Vzqlyad”, “Vremya” və “Vesti” verilişlərində işləməyə başlayır… Və əvvəl qeyd etdiyim kimi, o, «Vesti»nin müxbiri kimi bütün ölkəyə SSRİ-nin dağılması kimi sensasion xəbəri ilk çatdıran jurnalist olur. V.Flyarkovski daha sonra televiziyada işləməyə davam edir, 2001-ci ildə isə «Kultura» telekanalına rəhbərlik edir, məncə, elə indinin özündə də.

Sonda: Leopold Xristianoviç indi də rus jurnalistikasının aparıcı simalarından hesab olunur…

Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!