Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyədə 8 yaşlı Narin Güranın qətlinə görə aparılan istintaq və məhkəmə prosesində yeni qərar verilib. “Cinayətkarı gizlətmə” ittihamı ilə həbsdə olan dayısı uşağı Birsen Güran, digər əmisi Fuat Güran və onun arvadı Maşallah Güran sərbəst buraxılıb. Onların hər biri daha əvvəl 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
21 avqust 2024-cü ildə itkin düşən Narin Güranın meyiti 8 sentyabr 2024-cü ildə tapılıb. Bu hadisə ilə bağlı 6-sı həbsdə olmaqla 12 nəfər və 3 yeniyetmə barəsində cinayət işi açılıb.
Ana Yüksel Güran, böyük qardaş Enes Güran, əmi Salim Güran və Nevzat Bahtiyar barəsində aparılan istintaq nəticəsində 4 nəfərə qarşı “uşağa qarşı qəsdən birgə adam öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs tələbi ilə ittihamnamə hazırlanıb və 23 oktyabr 2024-cü ildə Diyarbəkir 8-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilmişdi.