Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“1903-cü ildə inşa edilmiş və Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib”. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib. Qeyd edilib ki, bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur. “Komitə tərəfindən dəfələrlə vurğulanıb ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərini ictimaiyyəti çaşdıra biləcək əsassız məlumatların yayılmasından çəkinməyə çağırırıq”, – məlumatda vurğulanıb.