Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İngiltərənin “Liverpul” klubunda çıxış edən Yaponiya millisinin futbolçusu Vataru Endo qarşıdakı iki matçda yığmasına kömək edə bilməyəcək.
“Təzadlar” xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi zədəli olduğu üçün növbəti oyunları buraxacaq.
Onun zədəsinin təfərrüatı barədə nə klub, nə də Yaponiya Futbol Assosiasiyası məlumat verib.
Qeyd edək ki, Vataru Endo cari mövsüm “Liverpul” forması ilə 6 qarşılaşmada iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Yaponiya millisi oktyabrın 10-da Paraqvay, 4 gün sonra Braziliya ilə yoldaşlıq görüşü keçirəcək.