Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən elan olunmuş tender ləğv edilib.
Tezadlar.az xəbər verir ki, sözügedən tender Zaqatala şəhərinin küçələrinin asfaltlaşdırılması işlərinin həyata keçirilməsi məqsədilə elan edilmişdi. Müsabiqə 17 sentyabr 2025-ci il saat 19:01-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı 9 oktyabr 2025-ci il saat 11:00-da baş tutmalı idi. Ehtimal olunan qiymət 613 600 manat təşkil edirdi.
Lakin müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən olunmuş həddən az olduğu üçün tenderin tamamlanması mümkün olmayıb. Nəticədə satınalma ləğv edilib.