Əsas məzmuna keç

Bəzi vəkillər mətbuatın əli ilə müdafiə etdiyi şəxslərə bəraət almağa çalışır

“Vəkilin funksiyası müdafiə etdiyi şəxsin günahsızlığını hüquqi faktlarla sübut etməkdir”. Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, bəzi vəkillər mətbuatı prosesə cəlb etməklə müdafiə etdiyi şəxslərə bəraət almağa çalışır: “Vəkilin funksiyası qəzetlərdə, internet televiziyalarında düzgün olmayan informasiyanı vermək deyil. Azərbaycan hüquqi dövlətdir və bu hüquqi dövlətdə qanunun aliliyi, kimliyindən asılı olmayaraq, hər kəsə tətbiq edilməlidir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…