10 Oktyabr 2025 / 21:20

Bərdədə 59 yaşlı kişi evinin həyətində ölü tapılıb

Bərdədə kişi evinin həyətində ölü halda tapılıb.

Tezadlar.az-ın məlumatına görə, hadisə səhər saat 8 radələrində Körpüsındıran kəndində qeydə alınıb.

59 yaşlı Allahverdiyev Alim Möhsüm oğlunun meyiti yaşadığı evin həyətində ağaclıq ərazidə ailə üzvləri tərəfindən aşkarlanıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!