Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Todda Boulin “Çelsi”dəki transfer kampaniyası London təmsilçisini dünya futbolunun ən dəyərli komandasına çevirib.
Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, CIES Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin ekspertləri hesablayıblar ki, Enzo Mareskanın heyəti 1,56 milyard funt-sterlinq dəyərindədir. Bu yay “Çelsi” Joau Pedro, Estevan Villian, Alexandro Qarnaço, Liam Delap və Ceymi Qittensi heyətinə qatıb. Xərclərin bir hissəsi satış hesabına ödənilsə də, komandanın ümumi dəyəri 315 milyon funt sterlinq artıb.
Bu, cədvəldə ikinci olan “Real”dan təxminən 100 milyon funt sterlinq bahadır.
Pep Qvardiolanın heyəti 1,28 milyard funt-sterlinq dəyərində olan “Mançester Siti” cədvəldə üçüncüdür.
İlk onluq belədir:
Qeyd edək ki, Premyer Liqa siyahıda yer alan komandaların sayına görə liderdir: İngiltərə çempionatını “Çelsi”, “Mançester Siti”, “Arsenal”, “Liverpul” və “Tottenhem” təmsil edir.