13 Oktyabr 2025 / 10:16

Fransanın baş naziri Lekornu yeni hökuməti formalaşdırıb

Fransanın baş naziri Sebastian Lekornu yeni hökumətin formalaşdırılmasının başa çatdığını elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Yelisey sarayına istinadən BFMTV məlumat yayıb.

Açıqlanan məlumatlara görə, əsas nazirlər öz vəzifələrini qoruyublar. Jan-Noel Barrot xarici işlər naziri, Roland Leskür İqtisadiyyat və Maliyyə Nazirliyinə, Cerald Darmanin isə Ədliyyə Naziri portfelinə rəhbərlik etməyə davam edəcək.

Keçmiş əmək və səhiyyə naziri Ketrin Votrin Silahlı Qüvvələrin yeni naziri olub. Paris polisinin keçmiş prefekti Loran Nunyes daxili işlər naziri vəzifəsini icra edib.

Oktyabrın 6-da Lekornu Fransanın baş naziri vəzifəsindən istefa verib. O vaxta qədər o, cəmi 27 gün idi ki, vəzifədə idi.

Dörd gün sonra prezident Emmanuel Makron Lekornunu yenidən Fransanın baş naziri təyin edib. Vəziyyəti şərh edən siyasətçi dövlət başçısının sərəncamını “vəzifə hissi ilə” qəbul etdiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!