İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını mühafizə etməsini İranın regional və beynəlxalq səviyyədə strateji mövqeyini möhkəmləndirdiyini bildirib.
Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, İranın Hərbi Dəniz Qüvvələri Günü münasibətilə yaydığı müraciətdə Əraqçi qeyd edib ki, İranın milli təhlükəsizlik maraqlarının əsas mərkəzlərindən biri olan Körfəz və strateji əhəmiyyətli Hörmüz boğazının qətiyyətli mühafizəsi ölkənin dəniz nüfuzunun qorunub saxlanmasında həlledici rol oynayır.
İran ordusunun Hərbi Dəniz Qüvvələri isə Hörmüz boğazının şərqində bir neft tankerinin dəniz minasına dəydikdən sonra yandığını açıqlayıb. Açıqlamaya görə, qayda pozuntusuna yol verən üç neft tankeri qadağan olunmuş zonaya daxil olub və gəmilərdən biri minaya düşərək göyərtədə yanğına səbəb olub.
“Hadisədən sonra onu müşayiət edən digər iki tanker istiqamətini dəyişərək Körfəzə doğru geri qayıdıb”, – deyə açıqlamda bildirilir.







