Əsas məzmuna keç

“Aİ sabah danışıqlara qərar versə, elə həmin gün imza atmağa hazırıq”

Baş nazir İrakli Kobaxidze Avropa İttifaqı ilə üzvlük danışıqlarının başlanması məsələsində hökumətin hazır olduğunu bildirib. Tezadlar.az xəbər verir ki, Baş nazir bu barədə “İmedi” telekanalına müsahibəsində danışıb. Kobaxidzenin sözlərinə görə, Avropa İttifaqı sabah danışıqların açılması barədə qərar qəbul edərsə, Gürcüstan elə həmin gün müvafiq sənədi imzalamağa hazırdır. O, həmçinin bildirib ki, Gürcüstan hökuməti nə Avropa İttifaqı, nə də ABŞ ilə dialoqu dayandırmaq niyyətindədir.

Baş nazir ABŞ-la strateji tərəfdaşlığın konkret yol xəritəsi əsasında, “təmiz səhifədən” bərpasına hazır olduqlarını dəfələrlə bəyan etdiklərini, lakin indiyədək Vaşinqtondan cavab almadıqlarını qeyd edib. Avropa İttifaqı ilə münasibətlərə toxunan Kobaxidze isə siyasi dialoqun qarşı tərəf tərəfindən dayandırıldığını və bu müddət ərzində üzvlük danışıqlarının açılmadığını bildirib. “Biz heç kimlə, nə Avropa İttifaqı, nə də Amerika Birləşmiş Ştatları ilə danışıqları dayandırmamışıq və dayandırmaq da istəmirik. ABŞ-la strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında təmiz səhifədən bərpa etməyə hazırıq. Lakin indiyədək cavab gözləyirik və cavab yoxdur. Avropa İttifaqına gəlincə, əgər sabah danışıqların açılmasına qərar versələr, elə həmin gün imza atacağıq. Lakin siyasi dialoqu onlar dayandırıblar və bütün bu müddət ərzində danışıqları açmırlar”, – deyə Kobaxidze bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…