13 Oktyabr 2025 / 16:34

Qumar oyunlarının aludəçisi olan qardaşlarını məftillə döyərək “ağıllandırmaq” istədilər…

Özbəkistanın Səmərqənd şəhərində iki qardaş birləşib digər qardaşlarını qumar aludəçiliyinə görə döyərək öldürüb.

Tezadlar.az  Özbəkistan KİV-nə əsasən xəbər verir ki,  29 yaşlı gənc onlayn qumar oyunlarına aludə olub. Gəncin bir binada yaşayan qardaşları onun kredit götürdüyünü və  qaytarmadığını öyrəniblər.

“Onlar gənclə danışmaq qərarına gəliblər və qardaşlarını söhbətə dəvət ediblər. Onun davamlı qumar oynamasından və nalayiq davranışından narazı qalan qardaşlar onu “ağıllandırmaq” qərarına gəlbilər”, – deyə məlumatda qeyd olunur.

İki qardaş  digər qardaşı ağaca bağlayıb elektrik naqilləri ilə döyüblər. Zərərçəkmiş çoxsaylı xəsarətlər alıb və nəticədə dünyasını dəyişib.

Cinayət iyulun 20-də Səmərqənddə törədilib. Mərhumun həyat yoldaşının dediyinə görə, onun adına kredit olub, lakin o, ödənişləri özü edib və təxminən 7 milyon sum sərmayə qoyaraq borcunu demək olar ki, tamamilə ödəyib. Arvadı 1 il 8 aydır ki, evli olduqlarını və ərinin qaynaqçı işlədiyini bildirib.

O həyat yoldaşından narazı olmadığını vurğulayıb.

“Bir övladımız – qızımız var. Həyat yoldaşım qumar oynasa da, heç kimə pislik etməyib. Qardaşları ilə yaxşı münasibəti olub, amma mən hələ də başa düşə bilmirəm ki, niyə belə qəddarlığa əl atıblar”, – mərhumun həyat yoldaşı deyib.

Qardaşlardan biri bildirib ki, mərhumun bir neçə nəfərə borcu var. Kun.uz xəbər verir ki, o, evdə çoxlu əşyaları, o cümlədən anasına məxsus qızıl-zinət əşyalarını satıb, daha sonra pulu internetdə qumar oyununa xərcləyib.

“Ortancıl oğlumun yaxşı işi var idi, amma üç-dörd il ərzində onlayn qumara aludə oldu. Mən ona bir neçə dəfə xəbərdarlıq etdim ki, qumar oynamasın, amma o, mənə məhəl qoymadı və qazancını qumara oynamağa  xərcləməyə davam etdi. Heç vaxt evə pul gətirmədi. Qardaşları ona qumar oynama, axırda borca ​​düşəcəyini desələr də, onlarla mübahisə  etdi. Onun borcu artdı və insanlar pullarını geri istəmək üçün evinə gəlməyə davam etdilər, buna görə də qardaşları borclarını ödəməyə başladılar. Ortancıl oğlum insanlardan və bankdan kredit almağa davam edirdi”, -deyə mərhumun atası bildirib.

Hadisə baş verən zaman qardaşların valideynləri Rusiyada olublar. Onlar məhkəmədə həm zərərçəkmiş, həm də iddiaçı qismində ifadə veriblər.

Qardaşlardan biri ÖR CM-nin 138-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (Zorla və qanunsuz olaraq azadlıqdan məhrum etmə) və 104-cü maddəsinin 3-cü hissəsinin “d” bəndi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilinib. O, 8,5 il müddətinə azadlıqdan məhrum edilib. Döyülmədə iştirak edən digər qardaş isə 6,5 il müddətinə azadlıqdan məhrum edilib.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!