Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Madaqaskarın prezidenti Andri Rajoelina hazırda ölkədən kənardadır; tərk etmək qərarına gəlib.
Tezadlar.az xəbər verir ki, “Reuters” bu barədə siyasətçinin televiziya çıxışına istinadən məlumat yayıb.
Rajoelina bu addımı öz təhlükəsizliyi üçün atdığını izah edib. O, indiki yerini dəqiqləşdirməyib.
Madaqaskar prezident administrasiyası oktyabrın 12-də hakimiyyətin qanunsuz və zorakılıqla ələ keçirilməsi cəhdinin davam etdiyini açıqlayıb. Açıqlanan bəyanatda bildirilir ki, prezident ölkədəki sabitliyi pozmağa yönəlmiş istənilən cəhdləri qətiyyətlə pisləyir və bütün siyasi və ictimai qüvvələri “konstitusiya quruluşunu və milli suverenliyi müdafiə etmək üçün” birləşməyə çağırır.
E.ŞİRİNOV