Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İndoneziyanın paytaxtı Cakartada it və pişik ətinin insan qidalarında istifadəsinin qarşısını almaq məqsədilə yeni qanun layihəsi hazırlanır.
Tezadlar.az xəbər verir ki, Cakartanın qubernatoru Pramono Anunq Vibovo bildirib ki, şəhərdə it ətinin istehlakını qadağan edəcək əsasnamənin hazırlanması üçün artıq rəsmi müraciət qəbul olunub.
Onun sözlərinə görə, bu təşəbbüs Nazirlər Kabinetinin quduzluğun yayılmasına qarşı həyata keçirdiyi profilaktik tədbirlərin tərkib hissəsidir. Əgər qadağanın tətbiqi üçün əlavə hüquqi mexanizmlərə ehtiyac yaranarsa, bu məsələ də qanunverici orqanın gündəminə çıxarılacaq.