Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Oktyabr 2025 / 18:51

Qubernator Pramono Vibovo: “İt ətinin istehlakına son qoymaq istəyirik”

İndoneziyanın paytaxtı Cakartada it və pişik ətinin insan qidalarında istifadəsinin qarşısını almaq məqsədilə yeni qanun layihəsi hazırlanır.

Tezadlar.az xəbər verir ki, Cakartanın qubernatoru Pramono Anunq Vibovo bildirib ki, şəhərdə it ətinin istehlakını qadağan edəcək əsasnamənin hazırlanması üçün artıq rəsmi müraciət qəbul olunub.

Onun sözlərinə görə, bu təşəbbüs Nazirlər Kabinetinin quduzluğun yayılmasına qarşı həyata keçirdiyi profilaktik tədbirlərin tərkib hissəsidir. Əgər qadağanın tətbiqi üçün əlavə hüquqi mexanizmlərə ehtiyac yaranarsa, bu məsələ də qanunverici orqanın gündəminə çıxarılacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!