14 Oktyabr 2025 / 21:12

Azərbaycanın U-17 millisi Rumıniyaya məğlub oldu – 1:5

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu – üçüncü matçına çıxıb.

Tezadlar.az xəbər verir ki, IX qrupda yer alan komanda Rumıniya ilə üz-üzə gəlib.

Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçirilən oyun rəqibin 5:1 hesablı qələbəsi ilə bitib.

Yığmanın yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!