15 Oktyabr 2025 / 13:10

Azərbaycanda qızıl-gümüş hasilatı artıb

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 2 349,0 kq qızıl və 2 984,3 kq gümüş hasil edilib.

Tezadlar.az  Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, , ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə qızıl hasilatı 34,1 faiz və ya 596,9 kq, gümüş hasilatı isə 29,3 faiz və ya 676,3 kq artıb.

Cari ilin oktyabr ayının 1-nə qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 142,2 kq və 759,1 kq təşkil edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!