Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çin xalq məhkəməsi altı il əvvəl ərinin təzyiqindən möcüzəvi şəkildə sağ çıxan Nankinli qadının boşanma ərizəsini təmin edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.
Qəzetin yazdığına görə, faciə 2019-cu ilin iyununda cütlük Taylandda istirahət edərkən baş verib. Milli parkı ziyarət edərkən Yu Xiaodong adlı şəxs həyat yoldaşı Vanq Nanı 34 metrlik qayadan itələyib.
Vanq Nan sağ qalıb, lakin ciddi xəsarət alıb. O, hadisə zamanı hamilə olduğu üçün aşağı düşüb.
2024-cü ildə Tayland məhkəməsi Yu Xiaodong-u adam öldürməyə cəhdə görə 33 il 4 ay həbs cəzasına məhkum edib. Məhkəmə həmçinin onun 500.000 yuan (70.000 ABŞ dolları) ödəməsi barədə qərar verib.
Vanq Nan 2023-cü ilin sentyabrında boşanmaq üçün müraciət edib, lakin bürokratik çətinliklər və müttəhimin başqa ölkədə cəza çəkməsi səbəbindən məhkəmə təxirə salınıb.
E.ŞİRİNOV