16 Oktyabr 2025 / 15:01

Bu məhkəmə hakiminin fəaliyyətinə xitam verildi- SƏBƏB

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə, nəhayət, xitam verildi. Tezadlar.az Məhkəmə-Hüquq Şurasının saytına istinadla bildirir ki, şura bu gün belə bir qərar qəbul edib. Belə ki, MHŞ Anar Sadıqovun hakimlik fəaliyyətinə öz ərizəsi əsasında xitam verib. Amma maraqlıdır ki, Anar Sadıqov hakimlik fəaliyyətinin dayandırilmasi ilə bağlı Məhkəmə-Hüquq Şurasına şəxsi ərizə ilə müraciət edib ki, o, hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi olduğundan bu addımı atıb.

Sual olunur: yüksək əmək haqqı, dövlət təminatı, status, toxunulmazlıq… Bütün bunların əvəzində, indi kim ərizə yazıb hakimlikdən gedər?

“Təzadlar”a adı çəkilən hakimlə bağlı daha maraqlı bir məlumat daxil olub. Hələki tam dəqiqləşdirmə aparırıq…

“Təzadlar”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!