17 Oktyabr 2025 / 11:58

Ağdam Sənaye Parkında mebel də istehsal ediləcək – ixrac da nəzərdə tutulub

“Saloğlu Qarabağ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 31-ə çatıb.

Tezadlar.az xəbər verir ki, yeni rezident tərəfindən Sənaye Parkının ərazisində müxtəlif təyinatlı mebellərin, yumşaq panel və metal aksesuarların istehsalı nəzərdə tutulur. İnvestisiya dəyəri 6 milyon manat olacaq müəssisədə istehsal ediləcək məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!