21 Oktyabr 2025 / 11:36

Sarkozinin vəziyyəti fransızcadır- həbsxanaya aparıldı

Ötən gün Fransanın sabiq prezidenti, 2007-2012-ci illərdə bu vəzifədə olmuş Nikola Sarkozi Parisin 14-cü bölgəsində, Senanın sol sahilində yerləşən Sante həbsxanasında saxlanılacaq. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, Sarkozi Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezident olacaq. Belə ki, sentyabrın 25-də sabiq dövlət başçısı korrupsiyada ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. Nikola Sarkozi artıq evini tərk edib. O, həyat yoldaşı Karla Bruni ilə birlikdə evinin qarşısında toplaşan tərəfdarlarını salamlayıb. Daha sonra Sarkozi La Sante onu həbsxanaya aparacaq avtomobilə əyləşib.

Maraqlıdır ki, Sarkozi korrupsiyanın qurbanı oldu, vəkili isə bunu əsassız ittiham sayır.

Xaliq

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!