23 Oktyabr 2025 / 12:38

Azərbaycan daha 3,7 ton qızıl alıb ki…

Dünya birjalarında qızılın qiymətinin durmadan qalxması fonunda, Azərbaycan bu ilin III rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3,7 ton qızıl alıb və qızıl ehtiyatlarını 184,8 tona çatdırıb. Tezadlar.az xatırladır ki, bu barədə Fon rəsmi məlumat yayıb. Məlum olur ki, oktyabrın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 32,8 % olub ki, bu da iyulun 1-i ilə müqayisədə 4 faiz bənd çoxdur. Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin artması da rol oynayıb.

Bəli, qızıl getdikcə qızıla dönür!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!