24 Oktyabr 2025 / 10:02

Fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən güzəşt müddəti bitdi – Deputat detalları açıqlayıb

Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisiylə bağlı güzəştlərin müddəti başa çatır.

Tezadlar.az  xəbər verir ki, artıq 2026-cı ilin yanvarın birindən etibarən fiziki şəxslərlə bağlı əməkhaqqlarından yeni vergilərin tətbiq edilməsi həyata keçiriləcək.

Belə ki təqdim olunan layihəyə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlarda 3 faiz gəlir verigsi nəzərdə tutulub.

Əgər əməkhaqqı 2500 manatdan çoxdursa, 8000 manatdan azdırsa, o zaman bu rəqəm 10 faiz, əgər 8000 manatdan çoxdursa, o halda 14 faiz tətbiq olunacaq.

Millət vəkili Vüqar Bayramov bildirib ki, növbəti illərdə mərhələli şəkildə faizin miqdarı artacaq. 2027-ci ildə bu rəqəm beş faiz, 2028-ci ildə isə 7 faiz olacaq.

Deputat onu da bildirib ki, bunu kompensasiya etmək, yəni tutulan verginin işçinin əməkhaqqına təsir edib -etməməsi şirkət rəhəbriliyinin verəcəyi qərardır.

Daha ətraflı aşağıdakı linkdə:

https://www.youtube.com/watch?v=oTrgo6Zw6Pg&t=2s

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!