24 Oktyabr 2025 / 15:15

Qızını zorlayan ömürlük həbs cəzasına məhkum edildi-GÜRCÜSTANDA

Gürcüstanın Kutaisi Şəhər Məhkəməsi azyaşlı qızını zorlamaqda təqsirləndirilən şəxsə ömürlük həbs cəzası hökmü çıxarıb. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb. Bildirilir ki, məhkəmə prosesləri zamanı tədqiq edilən sübutlarla təqsirləndirilən şəxsin azyaşlı uşağa zorakılıq tətbiq etməklə, zərərçəkmişin yaşından və köməksizliyindən istifadə edərək sistematik şəkildə təcavüz etməsi təsdiqlənib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2025-ci il avqustun 23-də həbs ediblər. Və Kutaisi Şəhər Məhkəməsi müttəhimi ittihamlar üzrə tam təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!