24 Oktyabr 2025 / 17:08

ABŞ narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirdi

Pentaqon rəhbəri Pit Heqset narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirildiyi barədə məlumat verib. Tezadlar.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Onun sözlərinə görə, zərbə nəticəsində altı narkokuryer öldürülüb.

“Gecə saatlarında ABŞ Prezidenti Donald Trampın əmri ilə Müdafiə Nazirliyi Karib dənizində narkotik dövriyyəsi ilə məşğul olan, terror təşkilatı kimi tanınan “Tren de Aragua” (TdA) tərəfindən istismar edilən bir gəmiyə zərbə endirib”, – o yazıb.

P.Heqset vurğulayıb ki, gəminin kəşfiyyat məlumatlarına görə narkotik daşıdığı müəyyən olunub: “Gəmidə olan altı narkoterrorçunun hamısı öldürülüb. Heç bir itki verməmişik”.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ narkotraffikdə iştirak edənlərin hamısına zərbələr endirəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!