Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Lənkəran” basketbol komandası ilə “Quba” arasında oyunlar həmişə çətin keçir.
Tezadlar.az xəbər verir ki, bunu Lənkəran təmsilçisinin mətbuat xidmətinə açıqlamasında baş məşqçi Georgi Kondruseviç deyib.
Mütəxəssis “Quba” üzərində qazanılan qələbəni şərh edib:
“Qələbə münasibəti ilə komandanı və azarkeşləri təbrik edirəm. Qalib gəlsək də, diqqət etməli olduğumuz çox məqamlar var. Komanda çalışdı, lakin oyunumuzun keyfiyyəti hələ də sabit deyil. “Lənkəran” hər oyunda inkişaf edəcək. “Quba” ilə matçlar həmişə çətin keçir. Bu dəfə də asan təslim olmadıqlarını göstərdilər”.
Qeyd edək ki, “Quba” – “Lənkəran” oyunu qonaqların 102:87 hesablı qələbəsi ilə bitib.