28 Oktyabr 2025 / 09:14

AYNA-NIN FƏALİYYƏT MƏNZƏRƏSİ: BAKI TIXACDA CAN VERİR!

Bir müddət əvvəl Bakıda xüsusi hərəkət zonalarının yaradılması ilə bağlı Prezident sərəncamı verildi. AYNA- nın təşəbbüskar olduğu bu məsələdə nəzərdə tutulur ki, guya Bakının bəzi ərazilərində xüsusi hərəkət zonaları yaradılacaq və həmin ərazilərə daxil olmaq pullu olacaq…

İştah diş altındadır, amma…

Bu təşəbbüsü və təklifi verən mütəxəssislər yəqin bilirdi ki, Bakının yüz il əvvəl salınmış küçələri genişləndirilməyib və bütün küçələrdə evlərin birinci mərtəbəsi apteklərdir, ticarət və iaşə xidməti olan sahələrdir. Tutalım, belə bir zona 28 may küçəsində yaradıldı. Həkim Fatmanisəyə dərman yazıb, o da axtara- axtara həmin zonaya gəlib çıxdı, ödəniş edib həmin küçəyə daxil oldu. Amma məlum oldu ki, bu aptekdə həmin dərman yoxdur… Onda necə olsun? Yaxud, kiməsə oradakı dükandan paltar almalıdır, ödəniş etdi, amma dükanda onun ölçüsünə və zövqünə nəsə olmadı… Beləliklə, həmin hərəkət zonalarda yerləşən ticarət və xidmət sahələrinə kimsə yaxın gəlməyəcək. Bəs onda müflis edilən sahibkarlara bu ziyan necə qaytarılacaq?

Bakını parklama zolaqları ilə paytaxt sakinlərinə faktiki olaraq şəhəri icarəyə vermək nə deməkdir! Axı paytaxtdakı bütün rəsmi qurumların özünün qarajı var və avtomobillərinə görə pul ödəmirlər. Qalır küçələrdəki parklamalara, onlardan isə sadə insanlar istifadə edir. Deməli, yenə də sosial durumu zəif olan qrup soyğunçuların təsiq dairəsində qaz kimi yolunurlar! Niyə??? Məgər büdcəni və ya cibləri doldurmaq üçün başqa mənbəə yoxdur? Var! Oğurlanıb xaricə daşınmış vəsaitlər ölkəyə qaytarılsaş yaxud oğurlanıb xaticə aparılmağa hazırlanmış milyardların qarşısı alınsa, Bakı yağ içində bəslənər, əhali soyğunçuların əlindən zinhara gəlməz!

Soyğunçuların yaratdığı tıxaclar…

Bakıda hara baxırsanş hasarlanıb, göydələn tikilir. Tikənlər kimdir? Yəqinki çoban Həsənqulu kişi və onun qohumları deyil! Tikənlər əhalini süni surətdə Bakının mərkəzinə daşıdıb paytaxtı süni tıxaclara məhkum edın acgözlərdir! Hər gün səhər və axşam yollarda saatkarla vaxt itirən sadə insanların(sürücü və sərnişinlərin) aqibətini- halını isə düşünən yoxdur! Axı onlar nə istəyir bu Bakıdan? O Bakıdan ki, bu səhər də bütün küçələri tıxaca dirənib. Hər gün bu yollarda min tonlarla yanacaq yandırılıb ekoloji fəlakətlərə yol açılır. CoP29- un ahı tutsun bu tıxaclara bais olanlara!

XXX

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə bu səhər də bəd xəbər verdi ki, Bakının 15 küçə və prospektində tıxac var. Bu o deməkdir ki, Bakının hər yeri tutulub. Bu da siyahı:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

3. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

4. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

6. Babək prospekti, mərkəz istiqamətində;

7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

11. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

12. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

14. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

15. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində sıxlıq var!

XXX

Nə deyək, bir daha gücümüz buna çatır: COP29- un ahı tutsun Bakını tıxaca məhkum edənləri!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!