30 Oktyabr 2025 / 13:07

“Meduza” virusçuları ələ keçdi – həbs anının videosu

 Официальный Telegram-канал представителя МВД России Ирины Волк/ ТАСС

“Meduza” virusunu yaradan hakerlər qrupu Rusiyanın Həştərxan vilayətində saxlanılıb.

Tezadlar.az   Rusiay KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN sözçüsü İrina Volk açıqlama verib.

Rusiya Daxili İşlər Nazirliyinin sözçüsününü sözlərinə görə, 2025-ci ilin yazında onlar Həştərxan vilayətindəki bir qurumdan məlumatlara icazəsiz giriş əldə ediblər.

O qeyd edib ki, üç gənc İT mütəxəssisi zərərli proqram təminatını hazırlamaq, istifadə etmək və yaymaqda şübhəli bilinir.

Cari ilin may ayında həmin şəxslər proqram təminatından istifadə edərək Həştərxan vilayətindəki bir müəssisənin məlumatlarına icazəsiz giriş əldə edib və qanunla qorunan xidmət məlumatlarını öz serverlərinə köçürüblər.

İrina Volk özünün Telegram kanalında etimadnamələri, kriptovalyuta pulqabı məlumatlarını və digər məlumatları oğurlamaq üçün nəzərdə tutulmuş viruslar yaratmaqda, istifadə etməkdə və yaymaqda şübhəli bilinən hakerlərin həbsinin videosunu yayımlayıb.

Beləliklə,  Rusiya Cinayət Məcəlləsinin 273-cü maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxslər barəsində məhkəməyəqədər həbs qətimkan tədbiri seçilib. Bütün cinayətkarlar və qanunsuz fəaliyyət halları müəyyən edilir.
JASMİN

.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!