3 Noyabr 2025 / 10:55

Oğurladığı pulla istirahətə getdi, amma burnundan gəldi…

Oğurladığı pulla istirahətə getdi, istintaqa qayıtdı… Tezadlar.şaz DİN-nin Mətbuat Xidmətinə istinadla bildirir ki, Qaxda iki evdən ümumilikdə 100 min manat pul və 25 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Polis əməliyyatı ilə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 32 yaşlı Elçin Rəşidov saxlanılıb. Görün nə məlum olub: Elşin oğurladığı pulla xarici ölkələrə səfər etdiyini, qızılları isə lombarda girov qoyaraq pul götürdüyünü etiraf edib. Araşdırmalarla onun paytaxtda da analoji oğurluq törətdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Rəşidov barəsində həbs qətimkan tədbiri seçilib.
Bu da oğurluq pulla xaricdə kef eləməyə yollanmağın sonu: evi yağmalanan vətəndaşın ahı tutdu, istirahəti burnundan gəldi…
ELBAR
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!