5 Noyabr 2025 / 09:24

UPS təyyarəsi Kentukkidə qəzaya uğrayıb

ABŞ-ın Kentukki ştatındakı Luisvill hava limanı yaxınlığında UPS (United Parcel Service) Hava Yollarına məxsus MD-11 təyyarəsi qəzaya uğrayıb.

Tezadlar.az xəbər verir ki, CNN bu barədə bu gün bir mənbəyə istinadən məlumat yayıb.

Məlumatda deyilir: “UPS MD-11 Luisvill hava limanı yaxınlığında qəzaya uğrayıb”.

Luisvill Metropolitan Polis Departamenti (LMPD) qəza yerindən 5 mil məsafədə olan hər kəsi evdə qalmağa çağırıb.

“LMPD və bir neçə digər agentlik Fern Vadisi və Qreyd Leyn yaxınlığında təyyarə qəzası ilə bağlı məlumatlara reaksiya verir”, – sosial media səhifəsində bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!