Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Vətəndaşların pensiya fondunda yığılan kapitalı vaxtından əvvəl istifadə etməsi üçün yeni mexanizmin yaradılıb yaradılmayacağına aydınlıq gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən media sorğusuna cavab olaraq bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Qeyd edilib ki, şəxsin toplanmış pensiya kapitalından pensiya sığorta hadisəsi (pensiya yaşına çatmaq, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirmək və s.) baş vermədən istifadə etməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Pensiya kapitalı şəxsin yaşa və ya əlilliyə görə pensiya təminatı, yaxud o vəfat etdiyi halda ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya təminatı məqsədi üçün nəzərdə tutulur. Şəxs pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda pensiya kapitalı əsasında ona aylıq pensiya təyin olunur. Nəzərə çatdırılıb ki, vəfat etdiyi halda isə pensiya kapitalı müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir. Yəni, şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir.
Bax belə!