6 Noyabr 2025 / 21:53

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrindən Prezident İlham Əliyevə Zəfər Günü təbriki

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç  Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Tezadlar.az Prezidentin mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri  Jelko Komşiç  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.

Məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Gününün beşinci ildönümü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına Bosniya və Herseqovinanın vətəndaşları adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.

Bu əlamətdar bayram Azərbaycan xalqının milli məqsədlərinə çatmaq, ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etmək yolunda cəsarətinin, qətiyyətinin və birliyinin rəmzidir.

Bosniya və Herseqovina ölkələrimizin inkişaf etdirdiyi dostluq münasibətlərinə və əməkdaşlığına dəyər verir. İkitərəfli əlaqələrin xalqlarımızın rifahı naminə qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf edəcəyinə inanıram.

Sizə bir daha səmimi təbriklərimi çatdırır, dərin ehtiramımı ifadə edir, Azərbaycan Respublikasına və onun xalqına isə sülh, tərəqqi və rifah arzulayıram.

Jelko Komşiç

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!