Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Tezadlar.az Prezidentin mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.
Məktubda deyilir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Zəfər Gününün beşinci ildönümü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına Bosniya və Herseqovinanın vətəndaşları adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.
Bu əlamətdar bayram Azərbaycan xalqının milli məqsədlərinə çatmaq, ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etmək yolunda cəsarətinin, qətiyyətinin və birliyinin rəmzidir.
Bosniya və Herseqovina ölkələrimizin inkişaf etdirdiyi dostluq münasibətlərinə və əməkdaşlığına dəyər verir. İkitərəfli əlaqələrin xalqlarımızın rifahı naminə qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf edəcəyinə inanıram.
Sizə bir daha səmimi təbriklərimi çatdırır, dərin ehtiramımı ifadə edir, Azərbaycan Respublikasına və onun xalqına isə sülh, tərəqqi və rifah arzulayıram.
Jelko Komşiç
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri