Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Xalq şairi Musa Yaqubun İsmayıllının Buynuz kənd qəbiristanlığında qəbirüstü abidəsinin açılışı olub.
Mərasimdə rəsmi şəxslər, ədəbiyyat, elm və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər M.Yaqubla bağlı xatirələrini bölüşüblər, yaradıcılığı barədə danışıblar.
Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayıb.
Qeyd edək ki, bu gün eyni zamanda, şairin ölümündən bir il ötür. M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə 84 yaşında dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.