MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Göyçay şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı “KOB FEST” sərgi-satış yarmarkası keçirilib.
Tezadlar.az Agentliyə istinadən xəbər verir ki, yarmarkada Göyçay və ətraf bölgələrdən olan 100-ə yaxın sahibkarın qida və qeyri-qida məhsulları nümayiş olunub.
“KOB FEST”in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması, satış imkanlarının artırılması, eləcə də bölgə sahibkarları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.