12 Noyabr 2025 / 14:17

Gənclik və sağlam həyat tərzinin vəhdəti…

…Gənclik dövrü insan həyatının ən dinamik və enerjili mərhələsidir. Bu dövrdə insanın həm fiziki, həm də zehni inkişafı sürətlə gedir. Sağlam həyat tərzi isə gənclərin bu potensialını düzgün istiqamətə yönəltməsinə, sağlam, güclü və uğurlu fərdlər kimi formalaşmasına kömək edir. Sağlam həyat tərzinin əsas prinsipləri aşağıdakılardır:
-Düzgün qidalanma – Orqanizmin ehtiyac duyduğu vitamin, mineral və zülalları təmin etmək üçün balanslı pəhriz vacibdir. Fast-food və qazlı içkilərdən uzaq durmaq, bol meyvə-tərəvəz qəbul etmək tövsiyə olunur.
-Fiziki aktivlik – İdmanla məşğul olmaq təkcə bədəni deyil, zehni sağlamlığı da gücləndirir. Qaçış, üzgüçülük, futbol, gimnastika və ya sadəcə gündəlik gəzintilər gəncin həyat keyfiyyətini artırır.
-Zərərli vərdişlərdən uzaq durmaq – Siqaret, alkoqol və narkotik maddələr həm fiziki, həm də psixoloji sağlamlığa ciddi zərər vurur. Sağlam həyat tərzi bu vərdişlərə qarşı qəti “yox” deməkdir.
-Düzgün yuxu rejimi – Gənclər üçün gündəlik 7–8 saat yuxu çox önəmlidir. Yetərli yuxu enerji, diqqət və yaddaşı artırır.
-Stressin idarə olunması – Dərs, iş və şəxsi həyat arasında balans saxlamaq, hobbilərlə məşğul olmaq, meditasiya və ya təbiətdə vaxt keçirmək stressi azaldır.

 Gənclik dövründə sağlamlıgın qayğısına qalmaq zərururidir. Sağlam həyat tərzinin gənclər üçün faydaları aşağıdakılardır.
-Yüksək fiziki və zehni enerji;
-Özünəinamın və motivasiyanın artması;
-Tədrisdə və işdə daha yaxşı nəticələr;
-Uzunömürlülük və xəstəliklərə qarşı davamlılıq;
-Pozitiv düşüncə və emosional sabitlik!
Gənclik sağlam vərdişlərin formalaşması üçün ən uyğun zamandır. Bu dövrdə qazanılan düzgün həyat tərzi gələcəkdə həm şəxsi, həm də ictimai rifahın əsasını təşkil edir. Hər bir gənc unutmamalıdır ki, sağlam bədən – sağlam düşüncə və uğurlu gələcək deməkdir. Bu istiqamətdə ölkəmizdə uğurlu bir siyasət aparılir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə xüsusi dövlət proqramları qəbul olunmuş və uğurla icra olunur. ADİM bu istiqamətdə həm gənclər arasında, həm də yeniyetmələr arasında maarifləndirici təbliğat işləri həyata keçirir. ADİM təbliğat qrupu bu məqsədlə müxtəlif bolgələrin təhsil müəssissələrində işlər həyata keçirirlər.

Gənclik və sağlam həyat tərzinin vəhdəti cəmiyyət üçün yararlı insan faktoru deməkdir! Gəlin gəncliyimizi qorumaq üçün bu vəhdəti tamamlayaq!

ELŞAD

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!