Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi, Azərbaycanın Gəncə hava limanında cəmi iki saat gözləmədə olub və bu zamanı hər hansı kənar müdaxilə və ya təyyarəyə yaxınlaşma halı qeydə alınmayıb. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb. Məlumata əsasən, təyyarənin sərnişinləri Hərbi Paradda iştirak edən F-16 təyyarələrinə texniki xidmət göstərən personal olub və onlar da təhlükəsizlik prosedurlarından keçdikdən sonra təyyarəyə daxil olublar. Təyyarə yük kimi F-16-ların mexaniki ehtiyat hissələrini daşıyıb, orada heç bir partlayıcı maddə olmayıb, buna görə də hər hansı partlayışdan söhbət gedə bilməz. İlkin baxış nəticəsində müəyyən olunub ki, təyyarədə kənar müdaxilə izləri yoxdur. Məsələn, 2024-cü ilin dekabr ayında Qroznı üzərində AZAL-ın təyyarəsi vurulduğu zaman gövdədə deşiklər görünürdü. Türkiyənin C-130 təyyarəsində isə belə izlər müşahidə edilmir. İlkin versiyalara əsasən, təyyarənin qəzaya uğramasının iki mümkün səbəbi var. Birincisi, təyyarə uzun müddətdir xidmətdə olub və sonuncu dəfə 2020-ci ildə əsaslı təmirdən çıxıb. Korroziya nəticəsində gövdədə deşilmə baş verə bilərdi və bu qəzaya səbəb ola bilər. Bir müddət əvvəl ABŞ-də eyni tipli təyyarə məhz bu səbəbdən qəzaya uğrayıb. Digər versiya isə daşınan yüklərin lazımi qaydada bərkidilmədiyi ola bilər. Uçuş zamanı yüklərin yer dəyişməsi baş verə bilərdi. Bu halda, tərpənən yük gövdənin daxili səthlərinə çırpılaraq onun zədələnməsinə və konstruksiyanın bütövlüyünün pozulmasına səbəb ola bilərdi. Hava gəmisinin qara qutularının tapılması da çətin olmayacaq, çünki təyyarə düzənlik əraziyə düşüb, axtarışa mane ola biləcək dağlıq və ya meşəlik ərazi yoxdur. Buna görə də yaxın zamanda bütün detallara aydınlıq gətiriləcək. Bütün hallarda Türkiyə Prezidenti Administrasiyası bildirib ki, hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbləri həssaslıqla araşdırılır.
Qeyd edək ki, istintaq həm Gürcüstan, həm də Türkiyə tərəfindən aparılır.