Əsas məzmuna keç

AB Kanada ilə unikal ittifaq yaratmağı düşünür

Avropa Şurasının prezidenti Antonio Kosta Kanadanı ticarətdə əsas tərəfdaş adlandırıb.

Tezadlar.az xəbər verir ki, o, bu açıqlamanı BMT-nin qərargahında verərək, Brüssel və Ottava arasında iqtisadi əlaqələrin və ortaq dəyərlərin möhkəmliyini vurğulayıb.

Avropa rəsmisi tərəflərin oktyabr ayında Kanadada ikitərəfli sammit keçirmək planlarını təsdiqləyib. Görüşün əsas məqsədi tərəfdaşlığı daha da gücləndirməkdir.

Yaxınlaşma təşəbbüsü transatlantik dialoqdakı çətinliklər fonunda inkişaf edir. “The Wall Street Journal” əvvəllər xəbər vermişdi ki, ABŞ ilə ticarət məsləhətləşmələrinin uğursuzluğundan sonra Kanadanın Baş naziri Mark Karni ölkənin AB-yə assosiativ statusuna qəbul edilməsini nəzərdən keçirməyi təklif etmişdi.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Kanadaya belə bir statusun verilməsi üzərində işlərin başlandığını elan edərək vəziyyəti aydınlaşdırdı. Kark özü daha sonra mövqeyini aydınlaşdırdı: söhbət tam üzvlükdən yox, “unikal ittifaq”ın yaradılmasından gedirdi.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…