Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Birliyi 21-ci sanksiya paketini qəbul etdikdən sonra Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasında getdikcə daha çox çətinliklərlə üzləşir.
Tezadlar.az bildirir ki, bu barədə “El País” məlumat verib.
Nəşrin məlumatına görə, sanksiya siyahısı o qədər genişlənib ki, AB üzv dövlətləri ayrı-ayrı ölkələrin müqavimətinə məruz qalmadan yeni tədbirlər tapmaqda getdikcə çətinlik çəkirlər.
Bruegel beyin mərkəzinin tədqiqatçısı Yakob Funk Kirkegaard bildirib ki, Avropa Birliyi “pik sanksiyalara” – hökumətlərin öz iqtisadi maraqlarını yeni məhdudiyyətlərin tətbiqindən üstün tutmağa başladığı nöqtəyə yaxınlaşır.
O qeyd edib ki, “qalan şey, belə desək, çox nazik kolbasa dilimləridir”.
“Bloomberg” daha əvvəl mənbələrə istinadən bildirib ki, Avropa Komissiyası oktyabr ayında Rusiyaya qarşı 22-ci sanksiya paketini qəbul etmək və təxminən 1600 şirkəti əhatə etmək niyyətindədir.
Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəyə qarşı təxminən 30.000 sanksiya tətbiq edildiyini bildirib.
ELBAR