ABBA hitmeykeri vəfat etdi

ABBA qrupu ilə işbirliyi ilə tanınan isveçli musiqiçi Maykl Tretou dünyasını dəyişib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb.

Sənətçinin ölüm xəbərini ailə üzvləri və həmkarları təsdiqləyib. Musiqiçinin 80 yaşı var idi.

Qrup üzvü Benni Andersson sosial mediada həmkarına yazı həsr edib: “Siz ABBA-da dördümüz üçün hamımızdan daha çox məna kəsb edirdiniz. Deyəsən, musiqimiz yaşayır və onu əbədiləşdirən sizsiniz. Siz fantastik ilham və dünyanın indiyə qədər gördüyü ən yaxşı səs mühəndisi idiniz.”

Tretov 1970-ci ildən 1982-ci ilə qədər birlikdə işlədiyi ABBA kult qrupunun tanınan səsinin yaradıcısı hesab olunur. O, musiqili Şahmatın yaradılmasında və qrupun bütün ilk hitlərinin yazılmasında iştirak edib. O, həmçinin Caramba təxəllüsü ilə bir neçə solo mahnı buraxmışdır.

Bundan əvvəl ABBA-nın nağara ifaçısı Rocer Palmın 76 yaşında dünyasını dəyişdiyi bildirilirdi. Məşhur qrup üzvünün ölümünə səbəb Alzheimer xəstəliyinin ağırlaşması olub.

E.ŞİRİNOV

 

Xəbəri paylaş